`Azərbaycanla ABŞ yaxın dostdur` - Amos Hokstayn


22:41     15 Dekabr 2016 amos_hokstayn.jpg

"Xəzər dənizinin enerji ehtiyatlarının Avropa bazarına çıxmasını istəyirəm və bunun tezliklə mümkün olacağını düşünürəm".


Femida.az - ın xəbərinə görə, bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ABŞ monopoliyanın əleyhinədir: "Biz istəmirik ki, dünyanın hansısa yerində monopolist olkə başqa ölkələrin bazarına təsir göstərsin. Alıcı bazara sərbəst daxil olub qiymət əsasında təchizatçını seçməlidir".

Hokştayn qeyd edib ki, Azərbaycan və ABŞ təkcə yaxın dost deyil, həm də strateji tərəfdaşlıq münasibətlərinə malikdir və bu münasibətlər bir çox sahələri əhatə edir.

Femida.az

Açar sözlər:

Oxunub: 1179